Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:12

Dağlıq Qarabağın azərbaycanlı icmasına 2 milyon manat vəsait ayrılıb


Dağlıq Qarabağın azərbaycanlı icmasının qurultayı, Bakı, 5 iyun 2009

Dağlıq Qarabağın azərbaycanlı icmasının qurultayı, Bakı, 5 iyun 2009

Prezident İlham Əliyev Dağlıq Qarabağın azərbaycanlı icmasına 2 milyon manat vəsait ayırıb. Bu barədə dövlət başçısı avqustun 31-də sərəncam imzalayıb.

Prezidentin Ehtiyat Fondundan vəsait «Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» ictimai birliyinin mənzil-qərargahının əsaslı təmiri və zəruri avadanlıqlarla təchiz edilməsi məqsədi ilə ayrılıb.

Sənəddə bildirilir ki, son vaxtlar Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rolu əhəmiyyətli dərəcədə artmaqdadır.

«65 min nəfərdən çox insanı birləşdirən icma cari ildə özünün ilk qurultayını keçirmiş, «Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» kimi keyfiyyətcə yeni, təşkilati baxımdan möhkəmlənmiş ictimai birliyə çevrilmiş, idarəetmə strukturlarını yaratmışdır».

Sərəncamın yerinə yetirilməsi üçün Nazirlər Kabinetinə bir ay vaxt verilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG