Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:58

Isveçdə “Donuz qripi”nin ilk qurbanı qeydə alınıb


İsveçin Akademik xəstəxanası avqustun 31-də bir nəfərin H1N1 virusundan öldüyünü təsdiq edib.

Xəbərdə deyilir ki, virusun qurbanı 37 yaşlı bir kişidir. O, cümə günü evində TV-yə baxarkən qəflətən özünü pis hiss edib, təcili yardım gələndək keçinib.

Hadisə İsveçin Upsala şəhərində baş verib.

Bu, İsveçdə H1N1 virusundan ilk ölüm hadisəsidir.

XS
SM
MD
LG