Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:34

Stalinin nəvəsi Novaya Qazetanı məhkəməyə verib


Stalinin nəvəsi Yevgeni Cuqaşvili Novaya Qazetanı məhkəməyə verib.
Stalinin nəvəsi babası haqda yalan məlumat verdiyinə, Stalini gözdən saldığına görə qəzetdən 9 milyon yarım rubl (299 min dollar) təzminat istəyir.
O tələb eləyir ki, məqalənin müəllifi isə 500 min rubl cərimə versin.
Yevgeni Cuqaşvilinin məhkəmədəki təmsilçisi Leonid Jura deyib ki, qəzetin yazdığına görə Stalin ölüm qərarlarına imza atırmış. O bildirib ki, bu, yalandır.
“Ümumiyyətlə müəllif Kreml sənədlərini öz bildiyimi kimi istifadə edərək Stalinin şərəfinə ləkə vurub”.
Jura deyib ki, “50 ildir ki, haqqında minbir söz deyilən Stalin qəbirdən özünü müdafiə edə bilməz. Bunu kimsə etməlidir”
Memorial insan haqları qrupundan olan tarixçi Nikita Petrov isə belə məhkəmənin məhz indi baş verməsi ilə bağlı deyib ki, keçmişin dəhşətlərindən danışmağı Rusiya cəmiyyətində bəziləri təhlükəli hesab edirlər. Ancaq bu, tarixə futbol xuliqanı baxışıdır.
XS
SM
MD
LG