Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:02

Restoran hesabını görəndə dava düşüb


Düşənbədə restoranda NATO-nun fransız hərbçiləri ilə restoran işçiləri arasında dava olub.
Tacikistanın daxili işlər nazirliyinin məlumatına görə, 3 fransız əsgər restoranda yemək yeyib, yeməyin hesabı gələndə, hesab üstündə ofisiantla mübahisə düşüb və əsgərlər pulu vermək istəməyiblər. Onlar çıxıb gedəndə restoranın müdiri onların qabağını kəsmək istəyib, əsgərlər onu döyüblər.
Tacikistandakı Fransa səfirliyi isə bildirir ki, davanı restoran işçiləri başlayıb.
XS
SM
MD
LG