Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:19

MTN: «Dindirilmə haqqında yayılan məlumatlar şaiyədir»...


«Eurovision 2009» yarışmasında Ermənistan təmsilçilərinə səs verən Azərbaycan vətəndaşlarının MTN-ə çağırılaraq dindirilməsi haqqında yayılan məlumatlar şaiyədir».

Bu sözləri «Media forum» saytına müsahibəsində Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev deyib.

Onun sözlərinə görə, MTN-in işi ölkənin milli maraqlarına, dövlətin mənafeyinə qarşı yönələn təhdidlərin qarşısını almaqdır:

«Milli Təhlükəsizlik Nazirliyi belə cəfəng şayiələrə şərh vermir».

Bir neçə həftədir Azərbaycan mediasında «Eurovision 2009» yarışmasında Ermənistan təmsilçisinə səs verən Azərbaycan vətəndaşlarının MTN-ə çağırılaraq dindirilməsi haqqında xəbərlər yayılır. Yarışmada Azərbaycandan Ermənistana 43 səs göndərilsə də, bu, 1 faizlik həddi aşmadığından hesaba alınmayıb.
XS
SM
MD
LG