Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:49

Demokratiya Uğrunda İttifaq bələdiyyə seçkilərinə qatılır


5 siyasi partiyanın birləşdiyi Demokratiya Uğrunda İttifaq (DUİ) bələdiyyə seçkilərinə qatılmaq haqda qərar qəbul edib. Blokda təmsil olunan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda sərbəst seçki mühiti olmasa da, onlar fəal siyasi mübarizənin tərəfdarıdırlar. İndi partiyalar seçkiyə hansı formada qatılacaqlarını dəqiqləşdirirlər:

- İstənilən halda biz seçkilərdə iştirakın əleyhinə deyilik. Sadəcə, seçkiyə ayrıca bir partiya, yoxsa blok kimi qatılacağımızı dəqiqləşdirməmişik. İndi partiya üzvlərinə seçkilərə qatılmaqda sərbəstlik verilib-verilməməsi müzakirə edilməkdədir. Əgər Demokratiya Uğrunda İttifaq seçkiyə blok olaraq qatılmasa, ola bilər ki, bizim partiyanın üzvləri seçkiyə Klassik Xalq Cəbhəsi Partiyasının siyahısında qatılsın.

Azərbaycanda bələdiyyə seçkiləri 2009-cu ilin dekabrına planlaşdırılır.

DUİ-da Azadlıq, Milli Demokrat Bozqurd, Klassik Xalq Cəbhəsi, Xalq və Böyük Azərbaycan partiyaları birləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG