Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:27

Türkmənistan hərbi dəniz bazası tikir


Türkmənistan Xəzərdə hərbi dəniz bazası tikəcək.
Bunu prezident Berdımuxamedov Təhlükəsizlik Şurasının iclasında deyib.
Onun sözlərinə görə, hərbi dəniz bazası qaçaqmalçılıqla, terrorizmlə daha effektiv mübarizə üçündür.
Baza 2015-ci ilə hazır olacaq.
Türkmənistan prezidenti daha sonra deyib ki, Türkmənistanın dəniz sərhədləri uzundur və bu sərhədlər torpaq sərhədləri kimi təhlükəsiz olmalıdır.
Berdımuxamedov onu da deyib ki, “biz regionda bəzi ölkələrin sürətlə öz hərbi büdcələrini artırdığını və məqsədyönlü şəkildə öz silahlı qüvvələrini gücləndirdiyini görürük. Türkmənistanın təcavüzə və ölkənin suverenliyinə qarşı istənilən təhlükəyə hərbi qüvvə ilə cavab vermək haqqı var”.

Günün bütün mövzuları

XS
SM
MD
LG