Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 15:09

NATO: "Azərbaycanın təqsiri yoxdur"


NATO Deutche Wellenin – Alman Dalğası adlı beynəlxalq radionun verdiyi məlumatdakı baxışı bölüşmür. NATO demir ki, burda Azərbaycanın təqsiri var.
Bunu adını çəkilməyən NATO rəsmisi Brüsseldən telefonla İnterfaks agentliyinə deyib.

Alman Dalğası xəbər vermişdi ki, Azərbaycan və Türkmənistan Əfqanıstana uçan NATO təyyarəsinin öz hava hüdudlarından keçməsinə icazə verməyiblər.

NATO rəsmisi deyib ki, NATO rəsmi Bakı ilə Əfqanıstana uçuşlar üçün Azərbaycanın hava hüdudlarından istifadə məsələsini müzakirə edir.
O deyib ki, əsas məsələ odur ki, Azərbaycanın hava hüdudlarından istifadə müzakirə mövzusudur.
XS
SM
MD
LG