Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:46

Pakistanla Əfqanıstan sərhədində partlayış olub


Pakistanın Əfqanıstanla sərhədi yaxınlığındakı Çaman şəhərində partlayış olub. Partlayış Əfqanıstandakı NATO qüvvələrinə təchizat məhsulları, o cümlədən yanacaq daşıyan 10-a qədər yük maşınının külə dönməsinə səbəb olub.

Partlayışa görə məsuliyyəti hələlik heç kim üstünə götürməyib.

Çaman şəhəri Əfqanıstan və İranla sərhəddə yerləşən və neft-qaz ehtiyatları ilə zəngin olan Bəlucistan əyalətinin əsas şəhərlərindən biridir.
XS
SM
MD
LG