Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:51

Pakistanda törədilmiş partlayışda azı 14 adam ölüb


Pakistanın şimal-qərbində, Svat vadisində polis mıntəqəsinin partladılması nəticəsində azı 14 çağırışçı ölüb,xeyli adamsa yaralanıb.

İntiharçı Minqora şəhərində polis məntəqəsinə daxil olaraq özünü partladıb.

Həmin vaxt çağırışçılar məntəqədə təlim keçirmiş.

Pakistanın hakim dairələri bu yaxınlarda talibançıların Svat vadisindən çıxarıldığını və nəzarətin tam ələ keçirildiyini bəyan etmişdi.
XS
SM
MD
LG