Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:33

Əfqanıstanda seçkiylə bağlı xeyli şikayət var


Əfqanıstanın Mərkəzi Seçki Komisiyası prezident seçkilərilə bağlı 2 mindən çox şikayət aldığını deyir.

Komisiyanın sözçüsü Nellika Little deyir ki, onlardan 567-si olduqca ciddidi və bu yekun nəticələrə təsir edə bilər.

Söhbət saxta bülletenlər, fırıldaqçılıq və seçicilərə hədə-qorxu gəlməkdən gedir.

Son məlumata görə indiki prezident Həmid Kərzai seçkidə irəlidə gedir.

Səslərin 35 faizinin hesablanması göstərir ki, Həmid Kərzai 46,2, onun əsas rəqibi, keçmiş xarici işlər naziri Abdulla Abdulla isə 31,4 faiz səs toplayıb.

Əgər namizədlərdən heç biri 50 faizdən artıq səs toplaya bilməsə,öndə gedən 2 namizəd təkrar mübarizə aparmalı olacaqlar.
XS
SM
MD
LG