Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:29

Sentyabrın 10-da III Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi başlayacaq


Bu il sentyabrın 10-da III Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi başlayacaq. Ayın 12-nə kimi davam edəcək sərgi H.Əliyev adına İdman və Konsert Kompleksində keçiriləcək.

Təşkilat Komitəsindən AzadlıqRadiosuna verilən məlumata görə, sərgidə İçveçrə, Almaniya, Türkiyə, İtaliya, Böyük Britaniya, Çexiya, Macarıstan kimi ölkələrin özəl təhsil müəssisələri, o cümlədən xaricdə iş təklifi, işlə təmin olunma agentliklərinin xidmətləri təmsil olunacaq.

Üç gün keçiriləcək sərgiyə maneəsiz və növbəsiz keçmək üçün əvvəlcədən http://registration.iteca.az veb saytında qeydiyyatdan keçmək imkanı da yaradılıb.
XS
SM
MD
LG