Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:48

Ən çox qonorar tələb edən qrup hansıdır?


Qrup toylara, şənliklərə və şəxsi məclislərə 5 milyon funta gedir
Qrup toylara, şənliklərə və şəxsi məclislərə 5 milyon funta gedir
Şəxsi məclislərdə ifasına görə, ən yüksək qonorar tələb edən «Rolling Stones» qrupudur. Qrup toylara, şənliklərə və şəxsi məclislərə 5 milyon funta gedir. Ancaq hər 5 milyon funtluq təklifə də «hə» demir. Qrup üzvləri şəxsi məclislərə o halda razı olurlar ki, həmin toplantının keçirildiyi yer qastrola getdikləri ölkəyə təsadüf etsin.

«Rolling Stones»dən sonra ən bahalı müğənni ser Elton Con və Kayli Minoqdur. Onların hər birinin qonorar tələbi 2 milyon funta yaxındır. Hərçənd, Elton Con şəxsi məclislərdən qazandığı pulun hamısını xeyriyyəçiliklə məşğul olan Elton Con QİÇS Fonduna keçirir.

Living TV-nin təqdim etdiyi siyahıda dördüncü yerdə amerikalı müğənni Kristina Aqilera (1,5 milyon funt), beşinci yerdə isə britaniyalı pop ulduz Corc Maykl (1,3 milyon funt) gəlir.

«Bitlz» qrupunun əfsanəsi ser Pol Makkartni və məşhur amerikalı ulduz Cennifer Lopezin şəxsi məclislər üçün qonorar tələbi isə 1 milyon funtdur.

Elton Conun qonorar tələbi 2 milyon funta yaxındır
1. «Rolling Stones» (5 milyon funtadək)
2. Elton Con (2 milyon funtadək)
3. Kayli Minoq (2 milyon funtadək)
4. Kristina Aqilera (1.5 milyon funtadək)
5. Corc Maykl (1.3 milyon funt)
6. Ami Vaynhaus (1 milyon funt)
7. Pol Makkartni (1 milyon funt)
8. Leona Levis (1 milyon funt)
9. Cennifer Lopez (1 milyon funt)
10. Barri Manilou (750 min funt)
11. Rod Stüart (600 min funt)
12. Duran Duran (500 min funt)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG