Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:29

Əfqanıstanda seçkiylə bağlı 2 mindən çox şikayət var


Avqustun 20-də Əfqanıstanda keçirilmiş prezident seçkilərində 2 mindən artıq şikayət qeydə alınıb.

Şikayətləri araşdıran komisiya onlardan 270-nin ciddi olduğunu bildirib və qeyd edib ki, əgər bu faktlar təstiq olunsa sonda nəticələrə təsir göstərə bilər.

Söhbət saxta bülletenlər, məntəqələrdə fırıldaqçılıq və seçicilərə hədə-qorxu gəlməkdən gedir.

Son məlumata görə indiki prezident Həmid Kərzai hələlik əsas rəqibi,keçmiş xarici işlər naziri Abdulla Abdullanı təxminən 10 faiz qabaqlayır.
XS
SM
MD
LG