Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:40

Tehran nüvə proqramının dincməqsədli olduğunu təkid edir


İran deyir ki, BMT-nin Atom Enerjisi Agentliyi təstiqləyib ki, onun nüvə proqramı dinc məqsədlidi və buna görə Tehrana qarşı hər hansı siyasi təzqiq olunmayacaq.

Bunu İranın agentlikdəki nümayəndəsi Əli Aşkar Soltani Fars informasiya agentliyinə deyib.

Onun sözlərinə görə agentliyin yaydığı hesabat İranın bu təşkilatla tam əməkdaşlıq etdiyini göstərir.

Birləşmiş Ştatlarsa deyir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin yeni hesabatı göstərir ki, İran agentliklə hərtərəfli əməkdaşlıq etmir.

Hesabatda deyilir ki, İran son zamanlar uran zənginləşdirilməsi üzərində işi səngitsə də proses üçün vacib olan sentrifuqa üzərində işi davam etdirir.

Bundan başqa Tehran nüvə proqramının hərbi məqsədlər üçün nəzərdə tutulmadığına aydınlıq gətirmək üçün agentliklə əməkdaşlıq eləmir.
XS
SM
MD
LG