Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:36

Azərbaycan «Eurovision» qalmaqalına cavab verib


«Eurovision 2009» musiqi yarışması bu ilin mayında Moskvada keçirilib

«Eurovision 2009» musiqi yarışması bu ilin mayında Moskvada keçirilib

Avropa Yayım İttifaqı (EBU) «Eurovision 2009» yarışmasında erməni mahnısına səs verən azərbaycanlı izləyicilərin təhlükəsizlik qüvvələri tərəfindən dindirilməsi barədə iddialara Azərbaycan hökumətinin cavabını alıb.

«Eurovision TV»nin verdiyi xəbərə görə, EBU-nun Azərbaycandakı tərəfdaşı İctimai Televiziya (İTV) azad və ədalətli səsvermə ilə bağlı öhdəliyinə sadiq olduğunu bildirib. İTV-nin EBU-ya bildirdiyinə görə, iki nəfər Milli Təhlükəsizlik Naizrliyinə çağırılsa da, nazirlik bilavasitə müsabiqədə səsvermə ilə bağlı heç kimin rəsmi, yaxud qeyri-rəsmi sorğu-sual edilmədiyinə zəmanət verib.

EBU-nun baş direktoru Jan Revillon deyib ki, o, bəyanatları nəzərə alıb. Amma o, onu da qeyd edib ki, öz ölkənin mahnısından başqa istənilən nəğməyə səsvermə azadlığı müsabiqənin təməl daşlarından biridir:

«Səsvermə ilə bağlı anonimlik hüququnun hər hansı şəkildə pozulması, yaxud fərdlərin sorğu-suala çəkilməsi tamamilə qəbuledilməzdir».

EBU-nun «Eurovision» Mahnı Müsabiqəsinin keçirilməsi üzrə məsul komitəsi – İstinad Qrupu sentyabrın 11-də Osloda keçiriləcək görüşündə məsələni müzakirə edəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG