Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:32

Dünyanın ən bahalı qoyunu neçəyədir?


Şotlandiyada bir qoyunu rekord qiymətə satıblar. Deveronvale Perfection adlanan qoyuna görə, kənd təsərrüfatı auksionunda bir alıcı 374 min dollar sayıb. Bu o deməkdir ki, həmin qoyun indi dünyada ən bahalı qoyun sayıla bilər. (DPA)

Qoyunu Qlazqo yaxınlığında yaşayan bir fermer alıb və öz qoyun sürüsündə cütləşmə üçün istifadə edəcək. Fermer ümid edir ki, verdiyi pulu artıqlaması ilə çıxaracaq.

Qoyuna görə verilən pul onun fiziki göstəricilərinin çox güclü olması ilə bağlıdır.

Buna qədər ən bahalı qoyun Tophill Joe sayılırdı. Həmin erkəyi 6 il qabaq 128 min funt-sterlinqə almışdılar. O bu yaxınlarda ölüb. Fermaya ümumi qiyməti 1 milyon dollara yaxın olan quzular “miras qoyandan” sonra.

Günün bütün mövzuları

XS
SM
MD
LG