Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:12

18 il əvvəl oğurlanan qız tapıldı


11 yaşında oğurlanan Ceysi Qarrido ailəsinin qarajında saxlanıb
11 yaşında oğurlanan Ceysi Qarrido ailəsinin qarajında saxlanıb
Amerikada, San-Frasisko yaxınlığında 1991-ci ildə oğurlanan Ceysi Li Düqar sırf təsadüf nəticəsində tapılıb. Ceysini oğurlamaqda ittiham olunan 58 yaşlı Filip Qarrido və 54 yaşlı həyat yoldaşı Nensi artıq həbs ediliblər.

11 yaşında oğurlanan Ceysinin Qarrido ailəsinin qarajında saxlandığı məlum olub. Ceysi onu oğurlayan adamdan iki uşaq dünyaya gətirib. Bu ikilidə də 11 və 15 yaşlı uşaqları ilə birgə saxlanılırmış. Həyətin arxasındakı qarajda Ceysini oğurlayanların sürdüyü avtomobil də aşkarlanıb.

«BU, TAM ŞOK İDİ»

Artıq polis qızı anası ilə görüşdürüb. Ancaq hər ehtimala qarşı Kaliforniya polisi ana və qızın genetik analizlərini müqayisə edəcək. Ceysinin atalığı Karl Probin qızın vəziyyətinin kafi olduğunu bildirib. O, bu xəbəri almağını belə xatırlayır:

«Bu, tam şok idi. Arvadım mənə zəng eləyəndə, əvvəlcə soruşdu «oturmusan?» – dedim – «hə». Sonra dedi – «Ceysini tapıblar». Sonra 10 saniyə pauza oldu. «Özü də sağ-salamatdır». Və biz az qala 10 dəqiqə ağlayırdıq».

Karl Probin üçün ögey qızının tapılması ikiqat önəmli olub. Çünki Ceysinin anasıyla evli olan Probinin özünü də bir vaxtlar qızın oğurluğunda ittiham eləyiblər. Qızı onun gözünün qabağında, məktəb avtobusunu gözləyərkən iki nəfər qaçırıbmış. Şübhələr üzündən bir müddət sonra həyat yoldaşı ilə ayrılmağa da məcbur olublar.

CEYSİ 18 İl EVDƏN ÇÖLƏ ÇIXMAYIB

Ceysi 1991-ci ildə oğurlanandan bəri onu qaçıranların evində saxlanılıb və heç yerə çıxmayıb. Polisin verdiyi məlumata görə, Ceysi ilə bərabər sorandan dünyaya gətirdiyi 11 və 15 yaşlı iki uşağı da həmişə burda yaşayıblar, nə məktəbə, nə də həkimə getməyiblər.

Oğurluğun üstü də ilk dəfə Ceysinin uşaqları çölə çıxanda açılıb. Oğrunu - Filip Qarridonu universitetlərdən birinin həyətində iki uşaqla görüblər. Bu, dərhal şübhələr oyadıb. Çünki Qarrido seksual cinayətlərə görə həbsdə olub və onun uşaqlarla birgə olması qadağan olunub. Şahidlər dərhal polisə xəbər veriblər.

Polis də Qarridonu dindirməyə çağırıb. Özünü təmizə çıxarmaq istəyən Qarrido Ceysini və uşaqları məntəqəyə aparıb, amma başqa adla təqdim eləyib.

Ancaq dindirmə zamanı Alisa kimi təqdim elədiyi 29 yaşlı qadının əslində Ceysi Li Düqar olduğunu etiraf eləməli olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG