Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:00

İranın nüvə proqramı yenidən müzakirəyə çıxarılır


BMT Təhlükəsizlik Şurasının 5 üzvü və Almaniya gələn həftənin 3-cü günü görüşərək İranın nüvə proqramı ilə bağlı danışıqlar aparacaqlar. Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Ryabov bildirib. Görüş Almaniyanın Frankfurt şəhərində keçiriləcək.

Bundan qabaq Almaniya kansleri Merkel demişdi ki, İran öz nüvə proqramını müzakirə etməkdən yayınmaqda davam etsə, BMT-nin yeni sanksiyaları ilə üzləşə bilər.

BMT artıq 3 dəfə İrana sanksiya tətbiq edib. Qərb ölkələri şübhələnirlər ki, İran dinc nüvə proqramı adı altında atom silahı düzəltmək istəyir. Tehran bu ittihamı qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG