Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:41

Rasmussen Türkiyəni geri çəkilməyə çağırıb


NATO-nun baş katibi Rasmussen alyansın üzvü olan Türkiyəni çağırıb ki, alyansla Avropa Birliyi arasında daha sıx əlaqələrin qurulmasına mane olmasın.

Rasmussen bu sözləri Ankaraya səfəri zamanı deyib.

Türkiyə NATO ilə AB-nin daha sıx əməkdaşlığına Kipr probleminə görə imkan vermir.

Rasmussen bundan qabaq Türkiyə və Yunanıstanı aralarında olan mübahisələrə son qoymağa çağırmışdı və demişdi ki, NATO və AB arasında sıx əməkdaşlığın qarşısının alınması alyansın Əfqanıstandakı missiyasına problemlər yaradır.

Günün bütün mövzuları

XS
SM
MD
LG