Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:10

Qazaxıstan NABUCCO-nu dəstəkləyir


Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov deyib ki, onun ölkəsi NABUCCO qaz kəməri layihəsini dəstəkləyir. Onun sözlərinə görə, Qazaxıstan həmişə enerji marşrutlarının müxtəlifləşdirilməsi ideyasına dəstək verib.

Primbetov onu da deyib ki, enerji sahəsində əməkdaşlıq məsələləri Xəzər ölkələrinin qeyri-rəsmi sammitində də müzakirə ediləcək.

Sammitin Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanın iştirakı ilə sentyabrın 11-13-də Qazaxıstanın Aktau şəhərində keçirilməsi planlaşdırılıb.
XS
SM
MD
LG