Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:49

Blogerrlərin şikayətiylə bağlı məhkəmə qapalı keçirilir


Apellyasiya Məhkəməsində həbsdə olan bloggerlər Adnan Hacızadə ilə Emin Millinin şikayətinə baxılır. Məhkəmə 15.30-da başlayıb.

Bloggerlərin şikayəti DİN və prokurorluğa qarşı iddialarını rədd etmiş Səbail rayon məhkəməsinin qərarındandır. Gənclər hesab edirlər ki, DİN və prokurorluq onların haqqında yaydığı rəsmi məlumatda təqsirsizlik prezumpsiyasını pozub.

Məhkəmə qapalı keçirilir.

Emin Milliylə Adnan Hacızadə bu il iyulun 8-də “Lebanez” kafesində iki gəncin hücumuna məruz qalıblar. Polisə müraciət etdikdə zərərçəkmişlər xuliqan kimi saxlanılıb, onlara hücum edənlər isə sərbəst buraxılıb.

Hacızadə və Millinin təqsiri sübuta yetirilərsə, onları 2 ildən 5 ilədək həbs cəzası gözləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG