Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:39

Bu gün həbsdə olan bloggerlərin şikayətinə baxılacaq


Bu gün Apellyasiya Məhkəməsində həbsdə olan bloggerlərin DİN və prokurorluğa qarşı iddiasını rədd etmiş Səbail rayon məhkəməsinin qərarından şikayətinə baxılacaq. Məhkəmə 15.30-da başlanacaq.

İddia DİN və prokurorluğun Adnan Hacızadə və Emin Milli barəsində yaydığı rəsmi məlumatda təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı verilmişdi.

Emin Milliylə Adnan Hacızadə bu il iyulun 8-də “Lebanez” kafesində iki gəncin hücumuna məruz qalıblar. Polisə müraciət etdikdə zərərçəkmişlər xuliqan kimi saxlanılıb, onlara hücum edənlər isə sərbəst buraxılıb.

Hacızadə və Millinin təqsiri sübuta yetirilərsə, onları 2 ildən 5 ilədək həbs cəzası gözləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG