Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:03

Keçmiş əsir Amerika hökumətini məhkəməyə verir


Guantanamo hərbi bazasındakı həbsxanadan azad olunmuş gənc əfqan Amerika hökumətini məhkəməyə verəcək.
Onun vəkili deyib ki, Məhəmməd Cavad kompensasiya istəyəcək.
Cavad 2002-ci ildə Əfqanıstanda Amerikanın zirehli maşınına qumbara atmaqda ittiham olunaraq həbs olunmuşdu.
Həmin hadisədə bir amerika hərbçisi və əfqan tərcüməçi yaralanmışdı.
Cavadın ailəsi deyir ki, həbs olunanda onun cəmi 12 yaşı var idi. Ancaq onun dəqiq yaşı hələ bilinmir.
Həbsxanada Cavaddan alınan ifadələri Amerika sonradan ləğv etdi. Çünki bu ifadələr qorxutma və ölümlə hədələmə ilə alınmışdı, bu da Amerika qanunlarına görə işgəncədir.
XS
SM
MD
LG