Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:40

Xatəmi müxalifətçilərin məhkəməsini əsassız sayır


Keçmiş İran prezaidenti Məhəmməd Xatəmi müxalifətçilərin məhkəməsini əsassız adlandırıb.

Hazırda İranda həbsdə olan müxalifətçilərin növbəti qrupunun məhkəməsi gedir.

Onların hamısı 12 iyun mübahisəli prezident seçkilərindən sonra ölkədə keçirilmiş etiraz aksiyaları zamanı həbs olunub.

Müxalifət indiki prezident Mahmud Əhmədinejadın qalib gəldiyi seçkinin nəticələrinin saxtalaşdırıldığını təkid edir.

Hakimiyyət isə müxalifəti həmin vaxt ölkədə baş verən iğtişaşları qızışdırmaqda günahlandırır.
XS
SM
MD
LG