Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:17

Özünü yandıran sahibkara təzminat ödənməyəcək


Gözəllik salonunun sökülməsinə etiraz olaraq avqustun 24-də özünü yandıran sahibkar Yasin Əliyevə təzminat ödənməyəcək. Bu haqda AzadlıqRadosuna Xırdalan şəhər icra nümayəndəsinin müavini Zakir Həsənov deyib. Sahibkarın gözəllik salonu isə avqustun 25-də sökülüb.

«Bu obyekt parkın içində yerləşirdi. Salonun sökülməsi də Heydər Əliyev parkının genişlənməsiylə bağlı keçirilən tədbirlərlə bağlıdır. Burda məhz kiminsə obyektini sökmək məqsədi yoxdur».

Yasin Əliyevin oğlu isə həmin obyektin qanuni şəkildə tikildiyini, əllərində bununla bağlı sənəd olduğunu və buna görə təzminat ödənməli olduğunu deyir.

O ki qaldı, sahibkarın özünü yandırmasına, şəhər nümayəndəsinin müavini Zakir Həsənovun dediyinə görə, onun özünə od vurmasına heç kim müdaxilə etməyib, özü-özünü yandırıb.

Yasin Əliyev hazırda xəstəxanada müalicə alır. Oğlu Vüsal Əliyev atasının vəziyyətinin ağır olduğunu, həkimlərin böyrəklərinin sıradan çıxmasından ehtiyatlandığını deyib.
XS
SM
MD
LG