Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:02

Tsxinvalinin mərkəzində partlayış olub


Gürcüstanın separatçı bölgəsi Cənubi Osetiyanın paytaxtı Tsxinvalinin mərkəzində partlayış olub, xəsarət alan yoxdur. Rəsmi məlumata görə, partlayıcı qurğu musiqi məktəbinin yaxınlığında işə düşüb.

Bu gün Cənubi Osetiya Rusiyanın onların müstəqilliyini tanımasının ildönümünü qeyd edir. Bayramla əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib. Analoji bayram tədbirləri Gürcüstanın digər separatçı bölgəsi Abxaziyada da keçirilir.

Rusiya ötən ilin avqustunda Gürcüstana hərbi müdaxilədən sonra onun separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyıb. Rusiyadan başqa Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini dünya ölkələrindən təkcə Nikaraqua tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG