Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:57

Əfqanıstanda prezident seçkisinə dair yeni məlumatlar açıqlanacaq


Əfqanıstanda bu gün avqustun 20-də keçirilmiş prezident seçkisinin yeni ilkin nəticəsi açıqlanacaq.

Dünən bülletenlərin 10 faizi sayıldıqdan sonra elan olunub ki, hazırki prezident Həmid Kərzai əsas rəqibi, keçmiş xarici işlər naziri Abdulla Abdulladan cüzi fərqlə irəlidədir.

Seçki komissiyasından bildiriblər ki, hər gün səslər sayıldıqca son məlumatlar açıqlanacaq. Son nəticələr isə bir neçə gün sonra məlum olacaq.

Abdulla Abdulla Röyter agentliyinə deyib ki, seçki pozuntuları ilə bağlı bütün şikayətlərə baxılmayınca, seçkinin hər hansı nəticəsini qəbul etməyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG