Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:26

«Tikənlərdən xəbərsiz sökülən göydələnlər»


Nəriman Nərimanovun heykəlinin arxasında 16 mərtəbəli yaşayış binası da istifadəyə verilmədən söküldü

Nəriman Nərimanovun heykəlinin arxasında 16 mərtəbəli yaşayış binası da istifadəyə verilmədən söküldü

«Bizim yol»: Bakıdakı Səttar Bəhlulzadə küçəsində, Daxili İşlər Nazirliyinin insan alveri ilə mübarizə İdarəsinin qarşısındakı iki yeni tikilinin sökülməsinə başlanılıb. Təsdiq edilməmiş məlumata görə, yeni binalar çəkilməsi nəzərdə tutulan yolun üzərində inşa edildiyindən sökülür.

Bundan əlavə, «Xutor» adlanan ərazidəki yaşayış və ticarət obyektlərinin söküləcəyi də bildirilir. Fəhlələrdən biri qeyd edib ki, 3 mikrorayon bazarı yaxınlığındakı dairənin ətrafında bütün obyektləri sökmək planlaşdırılır.

«Bizim Yol»a daxil olan məlumata görə Dərnəgül şosesinin kənarında yerləşən bir neçə yeni tikilmiş yaşayış binası da söküləcək. Səbəb kimi, həmin binaların qəza vəziyyətində olduğu göstərilir.

Binaların sökülməsinin səbəbini araşdırmaq məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən məsələdən xəbərsiz olduğunu bildirdilər.

Xatırladaq ki, yeni inşa olunan yaşayış binalarının sökülməsi ilk hadisə deyil. Bu ilin mart ayında Nəriman Nərimanovun heykəlinin arxasında 16 mərtəbəli yaşayış binasında istifadəyə verilmədən söküldü. Həmin binanın Milli Məclisin keçmiş sədri, hazırda ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyevə məxsus olması haqqında məlumatlar yayılsa da R.Quliyev bu xəbərləri təkzib etmişdi».

«Azadlıq»: Ramazan ayına Şəkidə azan qadağası ilə başlayan ölkə rəhbərliyi deyəsən, bu istiqamətdəki fəaliyyətini ay boyunca davam etdirmək niyyətindədir.
Dünən əldə etdiyimiz məlumata görə, paytaxt Bakıda 6 məscidin sökülməsinə hazırlıq gedir. Artıq Suraxanı rayonundakı «Fatimeyi-Zəhra» məscidinin sökülməsi ilə bağlı məhkəməyə müraciət olunub. Adıçəkilən rayonun İcra Hakimiyyəti tərəfindən verilən iddia üzrə məhkəmə prosesi avqustun 28-də olacaq.

Mənbənin sözlərinə görə, sökülməsi planlaşdırılan növbəti məscidlərin arasında «Neftçilər» metrostansiyası yaxınlığındakı “Mehdi-Sahib əzzaman”, Bakıxanov qəsəbəsindəki “İmam Rza”, 6-cı mikrorayondakı “Həzrəti Əli” və Yasamal rayonundakı “İlahiyyat” məscidləri də var.
Mənbənin dediyinə görə, bunun səbəbi heç də iddia olunduğu kimi məscidlərin qanunsuz tikilməsi ilə bağlı deyil. Əsas səbəb əhalinin inanclı kəsiminin bir yerə toplaşmasının hökumətdə yaratdığı narahatçılıqdır».

«Yeni Azərbaycan» qəzeti Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun Day.az informasiya portalına müsahibəsini dərc edib.

«Azərbaycan regionda sülhün bərqərar olmasının fəal tərəfdarıdır. Biz bir sıra məsələlər üzrə həm Rusiya ilə, həm də Birləşmiş Ştatlarla əməkdaşlıq edirik. Bütün bu məsələlərdə Azərbaycan milli təhlükəsizlik mənafeləri mövqeyindən çıxış edir. Bizim atdığımız bütün addımlar milli mənafelərimizə uyğundur və dövlətimizin milli təhlükəsizliyinin təmin edilməsinə yönəlmişdir»-deyə, şöbə müdiri bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG