Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:59

Cənubi Koreyanın peyki hədəfə çatmayıb


Cənubi Koreyanın buraxdığı raket müvafiq orbitaya çıxa bilməyib. Buna səbəb texniki pozğunluq olub. Məlumata görə, daşıyıcı raket lazımi sürəti yığa bilməyib, buraxılan peyk enməyə başlayıb və atmosferdə yanıb.

Cənubi Koreya rəhbərliyi bildirib ki, hazırda hadisəni təhlil edirlər, daha sonra raket buraxılışını təkrarlayacaqlar.

Cənubi Koreya ilk kosmik raketini dünən buraxıb. O, orbitaya 100 kiloqramlıq peyk aparmalı idi.

XS
SM
MD
LG