Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:26

Venesuella Kolumbiya ilə diplomatik əlaqələri dondurur


Venesuella Kolumbiya ilə diplomatik əlaqələri dondurmaq niyyətindədir. Bunu ölkə prezidenti Uqo Çaves elan edib. Venesuellanın xarici işlər nazirliyi bu addımı atmaq üçün müvafiq sənədləri hazırlayır.

Karakasın bu qərarına səbəb Boqota və Vaşinqton arasındakı danışıqlar olub. Boqota Vaşinqtona narkotik maddələrin qeyri-qanuni dövriyyəsi və üsyançılarla mübarizə çərçivəsində yeddi kolumbiya bazasına giriş imkanı verib.

Uqo Çavesin bəyanatı Cənubi Amerika və Argentina rəhbərlərinin sammitindən bir gün əvvələ təsadüf edib. Sammitdə əsasən təhlükəsizliklə bağlı Amerika-Kolumbiya razılaşması müzakirə olunacaq.

XS
SM
MD
LG