Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:26

Özünü yandırmış sahibkarın obyektini sökdülər


Fikrət Orucovu evə buraxıblar, amma Yasin Əliyevin müalicəsi davam edir
Hökumətin ona məxsus gözəllik salonunu sökməsinə etiraz olaraq özünü yandıran sahibkar Yasin Əliyevin həmin obyektini avqustun 25-də söküblər.

Bu haqda AzadlıqRadiosuna sahibkarın oğlu Vüsal Əliyev məlumat verib:

«Atam xəstəxanada ağır vəziyyətdədir, buna baxmayaraq gəldilər, salonu sökdülər. Bizə kompensasiya vermədilər, halbuki, əlimizdə «kupça»mız var».

Xırdalan şəhər İcra Hakimiyyəti telefon zənglərimizə cavab vermədi.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Yasin Əliyevin gözəllik salonunu ərazidəki avtomobil yolunu genişləndirmək üçün söküblər.

Avqustun 24-də Y.Əliyev bu haqda qərara etiraz olaraq üstünə neft töküb özünü yandırıb.

Yasin Əliyevin paltarını söndürməyə kömək edən Xırdalan şəhər İcra Hakimiyyətinin əməkdaşı Fikrət Orucov yanıq xəsarəti alıb.

Fikrət Orucovu evə buraxıblar, amma Yasin Əliyevin müalicəsi davam edir. Oğlu Vüsal Əliyev deyir ki, atasının vəziyyəti yaxşı deyil:

«Şəkəri qalxıb, həkimlər böyrəklərinin sıradan çıxacağından ehtiyat edirlər».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG