Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:18

Əfqanıstanda seçkinin ilkin nəticələri gözlənilir


Əfqanıstanın hakim dairələri prezident seçkilərinin ilkin nəticələrini elan etməyə hazırlaşır.

Bu günkü nəticələr səslərin təxminən 10 faizini əhatə edəcək.

Yekun nəticələr isə sentyabrın 3-də bəlli olmalıdı.

Prezidentliyə əsas namizədlər indiki prezident Həmid Kərzaiylə keçmiş xarici işlər naziri Abdulla Abdulla irəlidə olduqlarını bəyan ediblər.

Abdulla həmçinin Kərzaini kütləvi pozuntularda ittiham edib.

Həmçinin prezidentliyə digər 6 namizəd bu gün seçkilərdə kütləvi qanun pozuntularına yol verildiyini bəyan ediblər.

BMT-nin əfqanıstan üzrə xüsusi elçisi Kai Eide tərəfləri səbrli olma, araşdırmaların nəticəsini gözləməyəçağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG