Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:54

Rusiya separatçı bölgələrin müstəqilliyini tanımağa çağırır


Rusiya digər dövlətləri onun ardınca Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanımağa çağırıb.

Rusiya xarici işlər nazirliyinin yaydığı bəyanatda deyilir ki, bu beynəlxalq müşahidəçilərin regiona dönməsi üçün vacibdir.

Rusiya ötən ilin avqustunda Gürcüstana hərbi müdaxilədən sonra onun separatçı bölgələri Abxaziyayla Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıdı.

Rusiyanın bu addımından sonra ATƏT və BMT-nin müşahidəçiləri bu bölgələri tərk etməli oldular.

Rusiyadan başqa Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini dünya ölkələrindən təkcə Nikaraqua tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG