Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:18

Cənubi Koreya ilk kosmik raketini buraxıb


Orbitaya 100 kiloqramlıq peyk aparmalı olan daşıyıcı raket ölkənin cənubundan start götürüb. Raketin buraxılması avqustun 19-a planlaşdırılmışdı, amma təchizatdakı çatışmazlıqdan baş tuta bilməmişdi.

Bundan öncə Cənubi Koreya xarici daşıyıcı raketlər vasitəsilə kainata 10 peyk göndərib.

Şimali Koreya elan edib ki, raketin buraxılmasına beynəlxalq reaksiyanı diqqətlə izləyəcək. Apreldə Şimali Koreya da öz kontinentlərarası ballistik raketini buraxmışdı və bu addımının dinc məqsədli olduğunu bildirmişdi. O zaman BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreyanın bu addımını pisləmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG