Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:36

«Discovery»nin Beynəlxalq Kosmik Stansiyaya buraxılması təxirə salınıb


Amerikanın kosmik gəmisi «Discovery»nin Beynəlxalq Kosmik Stansiyaya bu gün buraxılması təxirə salınıb. Buna səbəb Florida ştatında pis hava şəraitidir. NASA-nın məlumatına görə, «Discovery»nin Beynəlxalq Kosmik Stansiyaya yenidən buraxılmasına çərşənbə günü səhər saatlarında cəhd göstəriləcək.

Bortunda 7 astronavt olan şattl Beynəlxalq Kosmik Stansiyaya ərzaq, soyuducu, trenajor və digər avadanlıqlar çatdırmalıdır.

XS
SM
MD
LG