Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:14

Şotlandiya terrorçuyla bağlı qərarını müdafiə eləyir


Liviyalı terrorçu Abdel Baset Əl-Meğrahinin azadlığa buraxılması siyasi qərar olmayıb. Şotlandiyanın Ədliyyə naziri Kenni MakAskkill avqustun 24-də parlament qarşısında hesabat verərkən belə deyib.

MakAskillin sözlərinə görə, "ömürlük həbs cəzası alan liviyalının azad olunması qərarı siyasi, diplomatic və ya iqtisadi məqsədlər güdən qərar olmayıb. Qərar verərkən Şotlandiya qanunlarına, və humanizm prinsiplərinə istinad ediblər. başqa cür qərar vermələri mümkün də deyildi".

Liviyalı terrorçu 1988-ci ildə ABŞ-ın PanAmerika şirkətinə məxsus təyyarənin partladılmasına görə - 2001-ci ildəki məhkəməqərarıyla ömürlük azadlıqdan məhrum edilmişdi.

Şotlandiya Ədliyyə nazirliyi isə bu ay prostat vəzinin xərcəngi xəstəliyinə tutulan Əl-Meğrahini azad eləyib. Liviyalı vətəninə qayıdanda orda qəhrəman kimi qarşılanmışdı.

ABŞ-dan olan bəzi senatorlar Şotlandiya rəsmilərini Liviyanın neftində maraqlı olduqları üçün terrorçunu azad eləməkdə ittiham edirdi. Şotlandiya parlamenti də məhz bu məsələni müzakirə eləmək üçün tətildən bir həftə tez qayıdıb-təcili iclas keçirməyə məcbur olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG