Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:46

«Yahovo şahidi» həbs olunub


Səbail rayon Polis İdarəsində bu məlumatı nə təkzib, nə də təsdiq etdilər

Səbail rayon Polis İdarəsində bu məlumatı nə təkzib, nə də təsdiq etdilər

Dini inancına görə hərbi xidmətdən imtina edən «Yahovo şahidləri» icmasının üzvü Müşfiq Məmmədov Səbail rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Hazırda o Kürdəxanıdakı istintaq təcridxanasındadır. Bu haqda məlumatı dini icmanın rəhbəri yayıb.

Müşfiq Məmmədov bir müddət əvvəl də hərbi xidmətdən imtinaya görə, altı ay müddətinə cəzalandırılmışdı.

Dini icmanın məlumatında o da deyilir ki, Müşfiq Məmmədov avqustun 10-da saat 21:30-da Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanıb. Onun haqqında həbs qərarı isə bundan bir gün sonra verilib. Müşfiq Məmmədov vəkillə təmin olunmayıb.

Səbail rayon Polis İdarəsində bu məlumatı nə təkzib, nə də təsdiq etdilər.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə hadisədən xəbərsiz olduğunu, bu cür həbslərin prokurorluğun göstərişi ilə aparıldığını deyir.

Eldar Zeynalovun başçılıq etdiyi Hüquq Müdafiə Mərkəzi Azərbaycan hökumətini Müşfiq Məmmədovu dərhal azadlığa buraxmağa çağırır. O, eyni zamanda hökumətdən qısa müddətdə alternativ hərbi xidmətlə bağlı addım atmağı da tələb edir.

Alternativ hərbi xidmətlə bağlı Bakı Avropa Şurası qarşısında öhdəlik götürüb. Eləcə də bir qədər əvvəl BMT-nin İnsan Haqları Komitəsi Azərbaycanla bağlı hesabatında bu haqda qanunun qəbulunun zəruriliyini vurğulayıb.

Ölkə Konstitusiyasının 76-cı maddəsində isə deyilir ki, dini inanclar vətəndaşın əsgər getməsinə imkan vermirsə, alternativ xidmət yolunu seçə bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG