Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:49

Azərbaycan «Koramal»ı Serbiyada xüsusi mükafat aldı


Elməddin Əliyev və Xəyyam Abdullayev
Elməddin Əliyev və Xəyyam Abdullayev
Serbiyada keçirilən VIII «Dokufest» kino festivalı Azərbaycan sənətçilərinin uğuruyla bitib. Festivalda nümayiş olunan «Koramal» filmi xüsusi mükafata layiq görülüb. Filmin yaradıcıları - ssenari müəllifi və quruluşçu rejissor Xəyyam Abdullayev və Elməddin Əliyev «İz» proqramının qonağıdır.

«Azadlıq» - Xoş gördük! «Azadlıq» radiosunun təbriklərini qəbul edin. Öncə bilmək istərdik ki, bu festival nə vaxtdan keçirilir və nə dərəcədə nüfuzlu festival sayılır?

Xəyyam Abdullayev - Adından da göründüyü kimi, bu festival 8-ci dəfədir keçirilir. Festivalın nüfuz dairəsi çox genişdir. Avropada da tanınan, qəbul edilən festivallardan biridir. Həm də, Balkanlarda keçirilən ən nüfuzlu festivaldır və bütün Balkan ölkələri ona doğma yanaşırlar. Festival Balkanların ən qədim şəhəri olan Prizrendə hər il ənənəvi olaraq keçirilir. Özəlliyi isə, başqalarından fərqli olaraq, bədii filmlərlə yanaşı burda sənədli kinoya daha çox yer verilməsidir.

Elməddin Əliyev - Bu festivalda Azərbaycan ilk dəfədir təmsil olunurdu. Bunu dərk etdiyimizdən, daha hazırlıqlı idik. Gördük, onlar üçün Azərbaycan çox maraqlıdır. İlk dəfə idi ki, bizim ölkədən film qəbul edirdilər. Biz də əlimizdən gəldiyi qədər ölkəni, onun kinosunu tanıtmağa çalışdıq.

«Azadlıq» - «Koramal» filminin adı bizə yaxşı tanışdır. Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi «Bu meydan, bu ekran» müsabiqəsinin qaliblərindən biri oldu bu film. Sonra daha bir mükafat qazandı Riqada. Bu sayca 3-cüdür məncə. Sizcə bu uğurun sirri nədədir? Axı, Azərbaycan filmləri ildə 3 mükafata elə də tez-tez layiq bilinmirlər?

Xəyyam Abdullayev - Uğurun sirri ondadır ki, biz uğur qazanmağa çalışırdıq. Filmdə əsas mövzu seçimidir. Elə festival üçün də mövzu çox önəmlidir. Biz inanırdıq ki, uğurlu mövzu seçmişik və uğur özü də o üzdən bizi tapdı.

Elməddin Əliyev - Həm də bu filmdə xarici tamaşaçılar Azərbaycanı, coğrafiyasını, təfəkkürünü, mentalitetini və s. gördülər. Yəni biz burda özümüz olduğumuz üçün başqalarına maraqlı olduq.

Xəyyam Abdullayev - Riqada da eynilə bu mükafatdan aldıq mayın axırlarında. Tianas film festivalı da tanınmış festivaldır. Yeri gəlmişkən, orda da güclü filmlər vardı. İnanmırdıq ki, mükafatı biz qazana bilərik. Ancaq münsiflər birinciliyi bizə verdilər.

Elməddin Əliyev - Bu festivallar coğrafi baxımdan da, ideya baxımından da oxşar idilər. Tianas 14-cü dəfə keçirilirdi. Hər ikisində eyni prizi (Xüsusi mükafat - S.İ.) almağımızın səbəbi o idi ki, böyük bir filmdə deyilə biləcək sözü 20 dəqiqəlik filmdə deyə bilmişdik.

«Azadlıq» - Festivala təkcə «Koramal»mı getmişdi? Və lütfən söyləyin, filmin adı niyə «Koramal»dır? Çala bilmir ona görə, görə bilmir ona görə, yoxsa başqa bir səbəb var?

Xəyyam Abdullayev - Təkcə «Koramal» getmişdi. Qaldı adına, siz dediyiniz səbəblər də var. Ancaq əsas səbəb korun amalıdır.

Elməddin Əliyev - Biz filmə heç vaxt işçi ad qoymuruq. Ssenaridəki ilkin ad filmin adı olur. Koramal deyəndə ilan, sürünən nəzərdə tutulur. Filmdə buna işarə olsa da, əsas vurğu kor insanın amalıdır. Kor insan nə edə bilər, nə düşünə bilər, bunu açmağa çalışmışıq.

Xəyyam Abdullayev - Film bir yolun kənarında gözdən əlil iki insanın dilənməsindən bəhs edir. Bunların arasındakı ziddiyyətlərdən danışır. Filmdə cəmi 3 aktyor çəkilib. 4-cüsü epizodikdir. Bütöv bir cəmiyyət korların simasında açılır. Mənəvi cəhətdən əzilmiş, kor edilmiş, hüquqları əlindən alınmış bir cəmiyyətdən söhbət gedir.

Elməddin Əliyev - Biz interyer çəkilişlərindən imtina etdik. Ancaq natura çəkilişləri apardıq. Təbii yağışda işlədik. Bu yağışın yağmasını gözlədik. Çalışdıq ki, peşəkar iş görək. Əvvəlki iki işimiz bu yerdə köməyimizə gəldi.

«Azadlıq» - Festival kino bayramıdır, həm də yaradıcılıq ünsiyyətidir. Bu mənada festivaldan nə qazandınız?

Xəyyam Abdullayev - Biz festivallardan özümüz də öyrənirik. Düşüncə tərzimizi, şüurumuzu və yaradıcılıq imkanlarımızı dünyanın müxtəlif ölkələrindən gəlmiş kino ustaları ilə müqayisə edirik. Bu film bizdə əminlik yaratdı ki, bizim kadrda baş verənlərin dili beynəlxalq dildir. Yəni bizim filmimizi dünya tamaşaçısı qəbul edir. Dediyim kimi, film cəmi 20 dəqiqəlikdir. Ancaq festival tamaşaçısı onun bitməsini gözləmədən dəfələrlə alqışlayırdı. Orada elə kadrlar vardı ki, milliyyəti, məkanı yox idi, bütün insanlığa aid idi.

«Azadlıq» - Məsələn, hansı kadrları alqışlayırdılar?

Xəyyam Abdullayev - Hə, demək, neft buruğu səs-küylə işləyir, qarşı tərəfdə isə bir kişi namaza dayanıb. Bu kadrın mahiyyəti ondan ibarət idi ki, bəzən iqtisadi güclər, ilahi və müqəddəs gücləri üstələyir. Və bəzən insan iqtisadi asılılıqda olur və pula sitayiş edir...Bax, bu yerdə alqışlayırdılar, hətta müxtəlif səslər qoşulurdu bu alqışlara.

- Festival iştirakçılarının Azərbaycanla, Azərbaycan filmiylə tanışlıq dərəcəsi nə qədərdi? Bizim heç olmasa adımızı eşitmişdilərmi?

- Bir ildə qazanılan 3 uğur sizə ən çox nə gətirdi, nələr qazandırdı, nəyi təsdiqlədi?

- Azərbaycan kinosunun ən çox nəyə ehtiyacı var?

- Prizren bizim hansı şəhərimizə bənzəyir?

- Və həmsöhbətlərimi bu şəhərdə ən çox təəccübləndirən nə oldu?

Bu sualların cavabını burada dinləyə bilərsiniz.

Buna da bax:

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG