Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:02

Stalin indi «bacarıqlı menecer» kimi təqdim olunur


Almaniyanın Xarici İşlər naziri İoaxim Von Ribbentrop (solda), İosif Stalin və SSRİ Xarici İşlər naziri Vyaçeslav Molotov (sağda), Kreml, 23 avqust 1939

Almaniyanın Xarici İşlər naziri İoaxim Von Ribbentrop (solda), İosif Stalin və SSRİ Xarici İşlər naziri Vyaçeslav Molotov (sağda), Kreml, 23 avqust 1939

Molotov-Ribbentrop paktının məxfi protokolları Şərqi Avropanın iki totalitar dövlət arasında bölüşdürülməsi haqda razılıq idi. Bu hadisə tarixçilər tərəfindən kifayət qədər geniş tədqiq olunub və son vaxtlar yeni məlumatlar ortaya çıxmayıb. Lakin tarixi faktlara olan münasibətdə, baş verənlərin izah olunmasında dəyişikliklər nəzərə çarpır.

- Hər halda demək ki, yeni məlumatlar ortaya çıxmır, tam həqiqətə uyğun olmazdı. Bu yaxınlarda Rusiya Prezidentinin arxivindən 77 işin materialları dərc olundu. Orada çoxlu yeni, indiyəcən açıqlanmayan məlumatlar var. Amma ümumilikdə, məsələyə münasibətin kökündən dəyişməsinə təsir edən hər hansı fakt olmayıb və çətin ki, nə vaxtasa ortaya çıxsın.

Molotov-Ribbentrop paktı və onun gizli əlavə protokolları əslində öz ölkələrində mütləq hakim olan Hitelrin və Stalinin ittifaqını təsbit edən bir sənəd idi. Bu sənəd SSRİ-nin süqutu ərəfəsində, 1989-cu ilin dekabrında SSRİ xalq deputatları qurultayı tərəfindən pisləndi. Xalq deputatlarının bəyanatı hadisəyə belə bir qiymət verirdi ki, 1939-da Stalinin Hitlerlə münasibət qurması cinayət idi. Bəyanatın mətni çoxlu bayağı sovet ifadələri ilə dolu idi, məsələn deyilirdi ki, bu pakt sovet xarici siyasətinin Lenin prinsiplərindən geri çəkilmək idi. Bununla belə, sənəddə aydın deyilirdi ki, hüququ cəhətdən pakt üçüncü dövlətlərin müstəqilliyini və xalqların suverenliyini təsbit edən beynəlxalq normalara zidd idi.

- Bəs indi bu hadisəyə münasibət necədir?

- İndi vəziyyət başqadır. Rusiyada Stalinə olan rəsmi münasibət dəyişib. İndi heç kim onun cinayətkar olmasını, Lenin normalarından geri çəkilməsini vurğulamır. İndi o bacarıqlı menecer (bu bir şablona çevrilib) kimi qəbul edilir. Hitlerlə müharibədəki qələbə Stalin rəhbərliyinin səmərəli olmasına əsas dəlil kimi təqdim olunur. Odur ki, Stalinin Hitlerlə hər hansı sövdələşməsindən söhbət belə gedə bilməz.

Vladimir Tolz
Əslində indi rəsmi Moskvanın seçdiyi konsepsiya sovet keçmişinin təkrarıdır. Belə ki, Molotov-Ribbentrop paktının məxfi protokolları cidd-cəhdlə ictimaiyyətdən gizlədilirdi. Heç bir ölkədə onu dərc etməmişdilər. Bu protokollar ilk dəfə 1948-ci ildə ABŞ-da açıqlandı. İndi məlum olur ki, bu haqda Stalinə xəbər verən o vaxt SSRİ-nin ABŞ-dakı səfiri, sovet kəşfiyyatının rezidenti olan Aleksander Semyonoviç Panyuşkin təklif edir ki, bu məlumatları saxta elan etsinlər. Belə də edirlər. «Tarixi saxtalaşdıranlar» adlı kitab çap olunur və burada müharibənin bütün məsuliyyəti ABŞ və Qərb dövlətlərinin ayağına yazıldı.

Yenə də eyni yolla getmək istəyirlər. Ötən həftə Rusiya Xarici kəşfiyyatının «Pribaltika və geosiyasət» adlı kitabının təqdimatı oldu. Bu kitabda sübut etməyə çalışırlar ki, Molotov-Ribbentrop paktının bağlanması müdafiə üçün yeganə doğru addım idi. Başqa sözlə, Stalin səhv etməmişdi, müdrik addım atmışdı və i.a.

Beləliklə, 70 il SSRİ-də olduğu kimi, xüsusi xidmət tarixi məhz necə dərk etməyi bizə diktə edirlər.

- Belə demək olarmı ki, 1989-cu ildə SSRİ Ali Sovetinin qəbul etdiyi qərar hüquqi cəhətdən hələ də qüvvədə qalır?

- Qalır, bəli. Amma bu yaxınlarda şahidi olduğum bir epizodu misal gətirim. Rusiya Xarici kəşfiyyatının generlaı Lev Sotskov mətbuat konfransında eyni suala belə cavab verir: «Əlbəttə o zaman deputatların haqqı var idi ki, istədikləri qərarı çıxartsınlar. Amma mənim məsələyə öz münasibətim var».

- O zaman hadisələrin necə sürətlə dəyişməsinə məəttəl qalırsan. Pakt və protokollar avqustun sonunda imzalanır, cəmi bir-neçə gündən sonra Almaniya Polşaya hücum edir. Bundan da 19 gün sonra sovet ordusu baltik dövlətlərinin və Polşanın ərazisinə daxil olur. Bu həm də deməkdir ki, bu iki ölkənin hərbi maşını belə genişmiqyaslı yerdəyişməyə əvvəlcədən tam hazır vəziyyətə gətirilmişdi.

- Əlbəttə. Hitlerə həqiqətən də tələsmək lazım gəlirdi. O, müharibənin əsas təşəbbüskarı idi. Hitler özünü sığortalamalı idi. Stalin isə, bir sıra tarixçilərin fikrincə, qəsdən bir qədər ləng tərpəndi. O istəmirdi ki, Polşanın məhv edilməsinə Almaniya ilə eyni vaxtda başlasın.

Şərhləri göstər

XS
SM
MD
LG