Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:16

Polis generalı: «Kimə səs verəcəksən?»


Müstəqil Seçki Komissiyası hələ səsləri sayıb qurtarmayıb
Müstəqil Seçki Komissiyası hələ səsləri sayıb qurtarmayıb
MÜBAHİSƏ EDƏN BACILAR

Əfqanıstandakı seçkilərdən sənədli film çəkən rejissor deyir ki, qonağı olduğumuz evdə iki bacı vardı. Biri deyirdi ki, seçkiyə mütləq gedəcək, o biri getməkdən qəti imtina edirdi. Deyirdi ki, necə səs versələr də, indiki prezident Karzayi qalib gələcək və ölkədə heç nə dəyişməyəcək. Onlardan heç biri seçkiyə gedə bilmədi. Seçki günü evlərinin qabağında «Taliban» partlayış törətdi, qızlar evdən çıxa bilmədilər...

Adının çəkilməsini istəməyən BMT rəsmisi isə deyir ki, insanlar soruşa bilərlər: «Əgər seçkidə səslər oğurlanırsa, onda siz, yəni Qərb və digər ölkələr bura nəyə gəlmisiniz?».

«SEÇKİDƏ BÖYÜK SAXTAKARLIQ OLUB»

Karzayinin əsas rəqibi Abdulla Abdulla yerli və beynəlxalq ictimaiyyətə müraciət edib ki, seçkidə böyük saxtakarlıq olub:

Abdulla Abdulla
«Mənim diqqətim seçkidə olan böyük saxtakarlıqdadır. Bunun qabağı alınmalıdır. Bu, Əfqanıstandakı prosesin salamat qalması üçün vacibdir. Bu, insanların daha yaxşı həyata ümidlərinin qalması üçün vacibdir».

İngiltərənin «Guardian» qəzeti yazır ki, prezident seçkilərində namizəd olan Mirvais Yasini bir çanta bülletenlə ölkənin Müstəqil Seçki Komissiyasına (MSK) gəlib. O deyib ki, Qəndəharda seçki məntəqəsində onun lehinə verilən bu bülletenlər zibil yeşiyinə atılıb, o da bülletenləri yığıb, MSK-ya gətirib.

Digər namizəd Abdulla Abdula isə deyir ki, Qəndəharda yerli polis rəisi general Abdul Raziq səsverməyə gedənlərdən soruşurmuş ki, kimə səs verəcək? Prezident Karzayinin adını çəkməyənləri seçki binasına buraxmayıblar.

ONUN LEGİTİMLİK PROBLEMLƏRİ OLACAQ

Keçən cümə axşamı keçirilən seçkilərdə Müstəqil Seçki Komissiyası hələ səsləri sayıb qurtarmayıb. MSK gözqorxutmaqdan, bir nəfərin bir neçə dəfə səsverməsindən şikayətlərin olduğunu deyir, ancaq pozuntuların kütləviliyini qəbul etmir.

Həmid Karzayinin rəqibləri və BMT də daxil Qərb rəsmiləri hesab edirlər ki, Əfqanıstandakı seçkilərin birinci mərhələsində Karzayi öz qələbəsini elan etsə, onun böyük legitimlik problemləri olacaq, Karzayiyə etimad azalmaqda davam edəcək.

Əfqan qadınlar Qəndəharda səs vermək üçün şəxsiyyət vəsiqələrini göstərirlər, 20 avqust 2009
Onların fikrincə, çıxış yolu - Karzayi ilə Abdulla arasında seçkilərin ikinci mərhələsini keçirməkdir.

« KARZAYİYƏ İŞLƏMƏK, ƏFQANISTANA İŞLƏMƏK DEYİL»

Başqa ölkələrdə seçki pozuntularına dözümlü olan Qərb Əfqanıstandakı seçkilərə niyə belə həssasdır?

Əfqanıstanın əsas donoru olan Qərb ölkələrinin özündə bu donorluqdan narazılıq artır.

Amerikanın ABC televiziyası və «Vashington Post» qəzeti seçkidən qabaq Birləşmiş Ştatlarda ictimai rəyi öyrəniblər.

Sorğuya görə, ilk dəfədir ki, Amerika əhalisinin yarısı Əfqanıstandakı müharibənin belə xərclərə və orda qoşun saxlamağa dəymədiyini deyib.

Abdulla ölkənin Müstəqil Seçki Komissiyasının sədrini bütünlüklə Karzayiyə işləməkdə ittiham edib. O deyib ki, «prezident seçkisində Karzayiyə işləmək, Əfqanıstana işləmək deyil. Əksinə, Əfqanıstanın ziyanına işləməkdir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG