Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:14

ABŞ səfirliyi qarşısında piket keçirməyə cəhd edilib


İyulun 27-də Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin (DEVAMM) bir qrup fəalı ABŞ-ın Bakıdakı səfirliyinin qarşısında piket keçirməyə cəhd göstərib. Piketçilər İsrailin Livana hərbi müdaxiləsinə Amerikanın münasibətindən narazılıqlarını birdirmək istəyiblər.
Polis piketin qarşısını alıb. Aksiya iştirakçılarından bir neçə nəfər saxlanılaraq Nəsimi Rayon 21-ci Polis Bölməsinə aparılsa da, bir qədər sonra sərbəst buraxılıblar.


DEVAMM-ın üzvləri belə bir aksiyanı bir gün əvvəl İsrailin Azərbaycandakı səfirliyi qarşısında keçirməyə cəhd etmişdilər.



XS
SM
MD
LG