Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 15:29

Tamadalıq etməyən xalq artisti


İlham Namiq Kamal
İlham Namiq Kamal
Xalq artisti İlham Namiq Kamal oğlu Əhmədov 1949-cu ildə Bakıda doğulub, əsli isə Şamaxıdandır. Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1971-ci ildən peşəkar səhnədədir. 1993-cü ildə özünün «İlham» Miniatür Teatrını yaradıb. Hazırda direktor və bədii rəhbər olduğu bu teatrda quruluşçu rejissor və aktyor kimi də fəaliyyətdədir. Teatr, kino və televiziya ekranlarında saysız-hesabsız obrazlar yaradıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada sənəti kafedrasının müdiri, professordur.

- İlham müəllim xoş gəlmisiniz, işləriniz necədir?
- Hələlik teatrda və universitetdə məzuniyyət dövrüdür. Bu müddətdə bağda oluram. Bizim əslimiz, Şamaxının Sarıtorpaq məhəlləsindəndir. Şamaxıda da mənim evim var, Mədrəsə qəsəbəsində. Balaca bir həyətdir. Dağın lap uca yerində.
- Və bu hay küydən uzaqlaşmaq üçün arada ora qaçırsınız.
- Ümumiyyətlə, insanlar hay-küydən çoxdan uzaqlaşmalıdır. İndi bəziləri onu düşünür, bəziləri isə evə girib kondisionerləri işə salır, elə bilirlər artıq hay-küydən uzaqlaşıblar. Amma bu tıxaclar, səslər əlbəttə ki, insanın sinirlərinə, yaradıcı qabiliyyətinə hardasa mənə elə gəlir ki, mənfi edir.
Bu gün teatrda xalq artistinin maaşı 180 manatdır. Xahiş edirəm bunu yaddan çıxarmayın…

Neçə vaxtdır elə oradayam. Arada Xudatda bir «Çoban bulağı» var, qəşəng yerdi. Uşaqları apardım ora, tamaşa elədilər. Belə, Şamaxı çox gözəldir, Allah yolunu qaydasına salsın (gülür).
- Sonuncu dəfə biz Şamaxıya gedəndə, sizi orada, şəhərin mərkəzində gördük. Hətta AzadlıqRadiosunun əməkdaşları mənə dedilər ki, bəlkə elə İlham Namiq Kamaldan müsahibəni Şamaxıda götürəsən. Dedim yox, qalsın Bakıya.
- Orada olduğunuzu bildirsəydiniz mən sizi evə dəvət edərdim. Çolpadan zadan kəsərdik yeyərdiz (gülür).
- İlham müəllim, qışda anadan olmusunuz. Yanvarın 9-da.
- Bəli, mən «qanlı bazar günü» anadan olmuşam, 9 yanvarda (1905-ci il yanvarın 9-da, bazar günü Pererburqda «Qış sarayı»nın qarşsına gedərək çardan kömək diləyən çarəsiz insanlar gülləboran edilib. Həmin gün «qanlı bazar günü» adı ilə tarixə düşüb. İ.R.)
Əlbəttə ki, bunu zarafatca deyirəm. Əvvəl soyadım Əhmədov idi. Atam vəfat edəndən sonra bir təsəlli kimi çıxışlarımda Namiq Kamal kimi gedir.
- Dərd də ki, dərddir. Özü də ata itkisi.
- Hə. Özü də 63 yaşında. Fiziki cəhətdən çox güclü, uzun illər zavodlarda, müəssislərdə rəhbər vəzifələrdə işləyib. Pəhləvan cüssəli, idmanla məşğul olan bir adam… Heç nə edə bilmədik. 15 günün içərisində xəstələndi və heç cür çarəsini tapa bilmədik.
- Siz indi atanızdan cəmi 3 yaş kiçiksiniz. Nə verib bu 60 il sizə bir insan olaraq?
- Sadəlik. Çalışıram həyatda heç kimdən seçilməyim. Ata-anamız da bizə əvvəldən belə tərbiyə veriblər. Babamız bizə hələ uşaq vaxtı deyərdi ki, bilmirəm böyüyəndə həkim, ya mühəndis olacaqsınız, hambal olun amma yaxşısından olun. İllər keçəndən sonra başa düşdük ki, nə qədər müdrik söz imiş. Doğrudan da hər bir kəs, dəxli yoxdur, nə sənətin sahibidir, gərək onun yaxşısından olsun. Yəni arabanın 5-ci çarxı olmaq çox namünasib məsələdir.
- Sizin teatrınız var, bəs başqa nəyiniz var?
Hər bir insan o səviyyədə təmin olunmalıdır ki, onun öz balası üçün iki kilo alma alması problemə çevrilməsin
- Bundan başqa mən bilirsiniz ki, Musiqili Komediya teatrında rejissor və aktyor kimi işləyirəm. Bununla yanaşı Mədəniyyət və İncəsənət Universitetində estrada sənəti kafedrası var, oranın müdiriyəm. Kafedrada çox gözəl müəllimlər var. Yaşar Nuri, Ramiz Əzizbəyli, Arif Quliyev, Qorxmaz Əlili, Rafiq Əliyev. Bunları bir yerə yığmağa çalışmışıq və hazırda da bilavasitə tələbələrin estrada janrında yetişməsində öz sözlərini deyirlər.
- Gəlin sizə təxribat xarakterli bir sual verim.
- Şamaxı yolundan?
- Yox, yox, kafedranızdan. Siz deyirsiniz ki, toylarda tamada olmazsınız. Bunu yaxşı qəbul etmirsiniz və dəvət etsələr də getməzsiniz. Amma adlarını sadaladığınız sənətkarların hamısı tamadalıq edirlər. Buna necə baxırsınız?
- Bu işlə ehtiyac və ya dostluq prizmasından məşğul olanlar var. Hər bir insan o səviyyədə təmin olunmalıdır ki, onun öz balası üçün iki kilo alma alması problemə çevrilməsin. Bu gün teatrda xalq artistinin maaşı 180 manatdır. Xahiş edirəm bunu yaddan çıxarmayın…

Buna da bax:

XS
SM
MD
LG