Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:12

Ermənistanda orta təbəqə varmı?


Rəsmi məlumatlara görə, ildən-ilə Ermənistanda yoxsulluq azalır

Rəsmi məlumatlara görə, ildən-ilə Ermənistanda yoxsulluq azalır

Erməni cəmiyyəti həddən artıq qütbləşib – ölkədə həddən artıq varlılar və həddən artıq yoxsullar var. Üstəlik də faiz baxımından bu kəsimlər arasında fərq çox böyükdür.

«ERMƏNİ CƏMİYYƏTİ REKORDLARI QIRIB»
Siyasi İqtisadiyyat Araşdırmalar İnstitutunun direktoru Andranik Tejanyan belə deyir.

«İqtisadiyyatda Cin əmsalı deyilən bir anlayış var, bu da dövlətlilik və yoxsulluq həddi arasındakı nisbəti göstərir. Bizdəki göstəricilər bütün rekordları qırıb – fərq çox böyükdür, onlarla dəfə çoxdur, hərçənd rəsmi rəqəmlərə görə, mənzərə fərqlidir».

Rəsmi məlumatlara görə, ildən-ilə Ermənistanda yoxsulluq azalır. Milli Statistika Xidmətinin məlumatına görə, 2008-ci ildə kasıblar ölkənin 23,5 faizini təşkil edib. Beş il əvvəllə müqayisədə mütləq yoxsulların sayı isə yarıbayarı azalıb, 6 faizdən 3 faizə düşüb.

Milli Statistika Xidmətinin ev təsərrüfatı üzrə araşdırmalar şöbəsinin müdiri Diana Martirosova deyir ki, indiki tədqiqatlarda gəlirlər yox, istehlak amili önə çəkilir:
«Əgər hesablama zamanı biz sadəcə, gəlirləri götürsək, ölkədə yoxsulluğun səviyyəsi çox yüksək olacaq. Bunun kökündə də bir problem var – bizim adamlar gəlirləri haqda danışmağı sevmirlər, eləcə də əksər hallarda vətəndaşların daimi iş yerləri yoxdur, mövsümi işlərə cəlb olunurlar. Ona görə də Dünya Bankının ekspertləri hesab edirlər ki, Ermənistan kimi ölkələrdə yoxsulluğu müəyyənləşdirmək üçün bu metod daha uyğundur».

QARIŞIQ TƏBƏQƏ
Bunu da demək lazımdır ki, Milli Statistika Xidməti yüksək və orta gəlirli əhali arasında araşdırma aparmır. Buna görə də bu haqda rəsmi məlumat yoxdur. Andranik Tevanyanın qənaətincə, ölkədəki təxmini mənzərə belədir:

«Mən düşünürəm ki, əhalinin cəmi 7-8 faizi çox varlıdır, kasıblar və mütləq yoxsulluq həddində yaşayanlar isə 50 faizdən çoxdur. Əhalinin yerdə qalan hissəsi isə müxtəlif kəsimlərin nümaynədələridir və mövcud olan metodlarla bu kəsimə tərif vermək mümkün deyil. Məsələn, orta aylıq gəlirli bir ailə götürək, Ermənistandakı üzvləri işləmir, amma aybaay xaricdən pul alır. Eləcə də azsaylı adamlar var ki, şirkətlərdə çalışır və normal əmkəhaqqı alırlar. Məsələ ondadır ki, bu kəsimə aid olanların dəyərlər sistemi nədir?»

BU SİNFİN DƏYƏRLƏRİ NƏDİR?
Orta təbəqəyə mənsubluğu müəyyənləşdirməyin bir yolu maddi təminatdırsa, bir başqa yolu da dəyərlər sistemidir. Sovetlər Birliyi dağılandan sonra Ermənistan yeni bir sistem qurulmaqdadır.
«Yeni sistem hakimiyyət tərəfindən diktə olunmalıdır, çünki çox şey onlardan asılıdır. Amma onların davranışı nəticəsində elə dəyərlər sistemi formalaşır ki, ədalətsizliyə, haqsızlığa qarşı mübarizə getmir, əksinə ədalətsizlik mexanizminə sahiblənmək yönündə çarpışmanın şahidiyik».

EV, MAŞIN, İSTİRAHƏT…
Etnoqraf Qranuş Xaratyan bir neçə keyfiyyətli araşdırmanın nəticələrini ümumiləşdirib və bunun əsasında da ermənilərin orta sinif haqda təsəvvürlərindən danışır.
«Bir qayda olaraq insanlar maddi dəyərləri sadalayırlar. İlk növbədə ermənilər nəzərdə tuturlar ki, hər yeni ailənin ev olsun. Bundan başqa, iki uşağa üstünlük verilir, arzuolunandır ki, bir oğlan, bir qız olsun, onlar yaxşı təhsil ala bilsinlər. Bir sözlə, ortabab ailənin evi, maşını olsun, ildə də bir dəfə istirahət edə bilsin».

Pul məsələsinə gələndə, ailədə adambaşına ayda 400 dollar gəlir düşsün. Bu ortabab dolanan bir ailənin maddi təminatı ilə bağlı təsəvvürlərdir.

SEÇKİLƏRƏ TƏSİR EDƏ BİLMİRSƏ…
Qranuş Xaratyan deyir ki, bu gün Ermənistanda bu cür təmin olunmuş ailə və qruplar var, amma onlar müxtəlif dəyərlər sistemi, müxtəlif gözləntiləri, müxtəlif ünsiyyət sferası olan kəsimlərin təmsilçiləridir. Onlar eyni sinfə mənsub deyillər və üstəlik də cəmiyyətdə orta təbəqənin rolunu oynaya, onun göstərdiyi təsiri göstərə bilməzlər.
«Bu sinif cəmiyyətdə təsir gücünə o zaman malik ola və tarazlıq yarada bilər ki, cəmiyyətin norma və dəyərlərinə yetərincə inteqrasiya etmiş olsun. Bu halda o cəmiyyətdəki münasibətlərə, siyasi proeslərə təsir edə bilər, məsələn, seçkilərin gedişinə təsir imkanı yaranar. Bizdəsə belə təsir gücü yoxdur, bunun özü də orta sinfin yoxluduğundan xəbər verir».

Qranuş Xaratyan deyir ki, orta sinfin mütləq mövcudluğu o halda mümkündür ki, təhsilli və qanunlara hörmət edən cəmiyyətimizin olmasını istəyək: «Mən düşünürəm ki, yalnız bu halda orta sinif cəmiyyətdə böyük funksiyaya malik olacaq, indiliksə belə bir sinif yoxdur…»

Şərhləri göstər

XS
SM
MD
LG