Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:48

Uşaqların ğözünü müntəzəm müayinə etdirmək lazımdır


Uşaqların ğözünü müntəzəm müayinə etdirmək lazımdır

Uşaqların ğözünü müntəzəm müayinə etdirmək lazımdır

Uşaqlarınızın gözlərinin qayğısına bir valideyn olaraq nə dərəcədə uğurla qalırsız? Göz sağlamlığı üzrə ixtisaslaşmış Allaboutvision.com internet saytının eksperti Maykl DePaolis «Timesonline» a bu barədə məsləhətlərini verib.

Uşaqlar və günəş eynəkləri

Uşaqlara günəş eynəyi böyüklərdən daha çox lazımdır, çünki onlar açıq havada daha çox olurlar və günəşin ultrabənövşəyi şüaları onlara daha çox təsir edir. Ultrabənövşəyi şüalar isə katarakta və başqa göz xəstəliklərinə səbəb olur. Keyfiyyətli gün eynəyi uşaqları bu təhlükədən qoruyar.

Çəhrayı gözlər

Göz xəstəliklərinin bir əlaməti də qızarmış-çəhrayı gözlərdir. Bu, daha çox infeksiyanın göstəricisidir. Gözdə yanma duyğusu, gicişmə, ağrı, ya da işığa həssaslıq varsa, mütləq həkimə müraciət etmək lazımdır, yoxsa bu hal hətta görmənin itirilməsinə də səbəb ola bilər.

Müntəzəm göz müayinələri

Uşaqların ğözünü müntəzəm müayinə etdirmək lazımdır. Amerika Ofometrik Assosiasiyası hesab edir ki, ilkin müayinə körpənin altı aylığında olmalıdır, məktəb yaşlı uşaqları isə iki ildən bir göz həkiminə aparmaq lazımdır. Özü də elə etmək lazımdır ki, uşaqlar göz analizi verən zaman özləri zövq alsınlar. Məsələn, onları gözün quruluşunun necə olması barədə öyrənməyə həvəsləndirmək olar.

Fiziki zədələr

Doktor DePaolis deyir ki, göz xəstələri çox halda fiziki zədələnmə ilə başlayır. Ona görə də uşaqları həvəsləndirmək lazımdır ki, oyun oynayanda göz qoruyucuları və baş geyimləri geyinsinlər. Bəs baş geyimləri nəyə lazımdır? Ona görə ki, baş nahiyəsi zədələnəndə onun təsiri gözə də keçir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG