Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:25

«Hədələyirlər ki, Rəhim Qazıyevi kənddən qovmasan, həbs olunacaqsan»


«10-15 il ərzində mənə böhtanlar atdılar, işsiz qaldım, bu respublikada yaşamalı deyiləmsə, açıq desinlər, axı ailəmi nə ilə dolandırmalıyam?!»

«10-15 il ərzində mənə böhtanlar atdılar, işsiz qaldım, bu respublikada yaşamalı deyiləmsə, açıq desinlər, axı ailəmi nə ilə dolandırmalıyam?!»

«Polis idarəsində mənə dedilər ki, Rəhim Qazıyevi qovmasan, səni həbs edəcəyik, heç kim sənə kömək edə bilməyəcək. Rəhim Qazıyevə görə məni iki gün səhərdən axşama kimi polis idarəsində saxladılar».

Bunu AzadlıqRadiosuna müsahibəsində Neftçala rayonu, Abbasalı kənd sakini, traktor təmirçisi Arzuman Məlikov deyir.

Arzuman Məlikov keçmiş Müdafiə naziri Rəhim Qazıyevin Abbasəli kəndindəki təsərrüfatında işləyəcək iki traktorun təmiri ilə məşğul olur:

«Traktorçuları da qorxudublar ki, işləməsinlər. İndi bu saat polis, sahə müvəkkili darvazanın qarşısında dayanıblar. Evdə arvad-uşaq da qorxur. Axı mənim nə günahım var?!»

«BU RESPUBLİKADA YAŞAMALI DEYİLƏMSƏ, AÇIQ DESİNLƏR»

Keçmiş Müdafiə naziri Rəhim Qazıyev isə deyir ki, bu haqda eşidəndə Neftçala rayon Polis İdarəsinə gedib, bildirib ki, yeganə məqsədi kənddə özünə iş qurmaqdır:

«Öz telefon nömrəmi qoydum, dedim ki, mən gizlənmirəm, dedilər ki, yaxşı mane olmayacağıq, amma sonra yenə başladılar Arzuman Məlikova təzyiq etməyə».

Rəhim Qazıyev deyir ki, neçə ildir ki, özünə iş axtarır, əlacsız qalıb dostlarının köməyi ilə kənd təsərrüfatı ilə məşğul olmaq istəyir:

«10-15 il ərzində mənə böhtanlar atdılar, işsiz qaldım, bu respublikada yaşamalı deyiləmsə, açıq desinlər, axı ailəmi nə ilə dolandırmalıyam?!»

«ƏGƏR PREZİDENT VƏTƏNDAŞLARININ QEYDİNƏ QALA BİLMİRSƏ...»

Rəhim Qazıyev deyir ki, bununla bağlı prezident İlham Əliyevə müraciət göndərib:

«Əgər prezident vətəndaşlarının qeydinə qala bilmirsə, xaos və anarxiya ölkəsində özümüz öz başımıza çarə qılaq».

Neftçala rayon Polis İdarəsi və icra hakimiyyəti telefon zənglərimizə cavab vermədi, Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov isə AzadlıqRadiosuna müsahibəsində dedi:

«Belə bir şey ola bilməz, biz yenə də aydınlaşdıracağıq».

Rəhim Qazıyev Xalq Cəbhəsi-Müsavat hakimiyyəti dövründə Müdafiə naziri olub. Ona külli miqdarda dövlət vəsaitini mənimsəmə, qeyri-qanuni silah gəzdirmə, vəzifə səhlənkarlığı ittihamı ilə ölüm hökmü kəsilib, sonra hökm ömürlük həbs, daha sonra 15 il həbs cəzası ilə əvəzlənib. O, bu ittihamlarla 12 il həbsdə yatıb. 2005-ci ildə isə o prezident İlham Əliyevin fərmanı ilə əfv olunub. Avropa Şurası R.Qazıyevi siyasi məhbus elan etmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG