Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:13

Terrorda təhlükəsizlik xidmətinin də əli ola bilər


İraqın xarici işlər naziri Hoşyar Zebari hesab edir ki, bu günlərdə Bağdadda törədilmiş partlayışlarda təhlükəsizlik qüvvələrinin əli ola bilər.

O bu gün Bağdadda çıxış edərkən deyib ki, hökumət binalarının ətrafında tərədilmiş partlayışlar hərtərəfli planlaşdırılıb, ən güclü partlayışların baş verdiyi binaların ətrafından beton sədlər əvvəlcədən yığışdırılıb.

Ötən çərşənbə günü Bağdadın mərkəzində tərədilmiş partlayışlarda 100-ə yaxın adam ölüb, 500-dən artıq adamsa yaralanıb.
XS
SM
MD
LG