Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:12

Liviya-Britaniya əlaqələri inkişaf edəcək


Liviya prezidenti Müəmmar Qəzzafi 1988-ci ildə Lockerbiedə Amerikanın sərnişin təyyarəsinin partladılmasında əli olan keçmiş kəşfiyatçı Abdelbasid Əli əl Megrahiylə görüşüb.

Qəzzafi deyib ki, Şotlandiyanın onu həbsdən azad etməsi Liviyayla Böyük Britaniya arasında münasibətlərin inkişafına səbəb olacaq.

Megrahi ömürlük həbs cəzasına məhkum edilsə də xərçəngə tutulduğundan, vəziyyəti ağır olduğundan Şotlandiyanın hakim dairələri onu həbsdən azad edib.

Qəzzafi həmçinin Böyük Britaniyanın baş naziri Qordon Braun və kralica Elizabethə təşəkkür bildirib.

1988-ci ildə Amerikaya məxsus sərnişin təyyarəsinin Şotlandiya üzərində partladılması 270 adamın ölümüylə nəticələndi.

Onların əksəriyyəti Amerika vətəndaşlarıydı.

Vaşinqton Megrahinin azad edilməsini kəskin narazılıqla qarşılayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG