Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:52

Seçkinin ilkin nəticələri 3 günə bilinəcək


Əfqanıstanda səslərin hesablanması başa çatıb.

Seçki Komissiyasının rəhbəri Daud Əli Nəcəfi bildirib ki, ilkin nəticələr çərşənbə axşamı, rəsmi nəticələr isə sentyabrın 17-də elan olunacaq.

Seçki Komisiyasının rəsmiləri və Birləşmiş Ştatlar prezidentliyə əsas iddiaçıları səbrli olmağa və yekun nəticələri gözləməyə çağırıblar.

Prezidentliyə əsas namizədlər hesab olunan indiki prezident Həmid Kərzaiylə keçmiş xarici işlər naziri Abdulla Abdullanın seçki qərərgahları ilkin nəticələrə istinadla qələbə çaldıqlarını elan ediblər.

ABŞ prezidenti Barak Obama deyir ki, Vaşinqton namizədlərdən heç birinin tərəfini saxlamayıb.

Obama seçkiləri Əfqanıstanda gələcəyə doğru atılmış vacib addım adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG