Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:25

Neftin qiyməti rekord həddə bahalaşıb


Neftin qiyməti bu il ərzində ən yüksək həddə çatıb, bir bareli təqribən 74 dollara satılıb (73,89 dollar).

Wall Street, Dow Jones indeksi və başqa ABŞ indeksləri 1,5 dollar bahalaşıb, Avropa səhm bazarında da cümə günü artım müşahidə olunub.

Artım Amerikada daşınmaz əmlak bazarında satış faizinin yüksəlməsi barədə xəbərdən sonra yaranıb.

Başqa bir səbəb Amerika Mərkəzi Bankının sədri Ben Bernankın bəyanatıdır. Bernank deyib ki, baxmayaraq ki, iqtisadi artım tempinin sürəti hələ bir müddət aşağı qalacaq, qlobal maliyyə böhranı artıq aradan qaldırılmaq üzrədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG